Telefon
WhatsApp
Anar Quliyev COP28 konfransı çərçivəsində keçirilən Nazirlər Toplantısında iştirak edib

Bu gün şəhərsalma və iqlim dəyişiklikləri üzrə məsələlərin müzakirəsi məqsədilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində Nazirlər Toplantısı keçirilib.

 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində konfrans çərçivəsində keçirilən Nazirlər Toplantısında mənzil, şəhərsalma, maliyyə və digər istiqamətlərdə çalışan dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatlarının nümayəndələri və digər yüksək səviyyəli rəsmilər bir araya gəlib.

Görüş iqlim böhranına cavab vermək üçün şəhərlər və yerli hökumətlər tərəfindən maliyyələşdirmənin düzgün tətbiqini təmin etmək, sürətləndirmək, hədəfləri müəyyən etmək və gücləndirmək məqsədi daşıyır. Müzakirələrə əlavə olaraq, Toplantıda iqlimlə bağlı fəaliyyətdə nazirliklərin roluna dair maraqlı tərəflər və tərəfdaşlarla məsləhətləşmə prosesinin başlanması da qeyd olunub.

Qeyd edək ki, Şəhərləşmə və İqlim Dəyişikliyi üzrə Nazirlər Toplantısında 50-dən çox ölkədən nazir və şəhərlərin iqlimə davamlılığı istiqamətində çalışan 1 000-ə yaxın mütəxəssis iştirak edib.

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh göndər

Zəhmət olmasa bütün sahələri doldurun!