Avropa Şurasının Baş katibi Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib
Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirib.
"Report"un xəbərinə görə, bu barədə Avropa Şurasının Baş katibi dekabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib.
Mariya Peyçinoviç Buriç Azərbaycanın 2001-ci ildən Avropa Şurasının dəyərli üzvü olduğunu vurğuladı. O, ölkəmiz tərəfindən Avropa Şurasının bir çox konvensiyasını imzalandığını və ratifikasiya edildiyini, bir müddət əvvəl Azərbaycan tərəfinin Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyasını imzaladığını xatırlayıb və bütün bunları müsbət addım kimi dəyərləndirib.
Avropa Şurasının Baş katibi qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən islahatları yüksək qiymətləndirir.
Oxşar
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər - YENİLƏNİB
İlham Əliyev prezident seçkilərinin qalibidir!
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
Prezident İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib
Regional təhsil idarələrində müdir təyinatları olub
"İlham Əliyev növbəti dəfə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi" - RƏY
Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayır