Azərbaycan Prezidenti: "Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər"
"Əgər Ermənistan yaxşı qonşu olmaq və dəstək vermək bacarığını nümayiş etdirərsə, bu yolla öz suverenliyini qoruyub saxlaya bilər".
Bu sözləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda söyləyib.
“Ermənistan hökuməti xaotik olaraq bir qütbdən digər qütbə gedir. Onlar hesab edirlər ki, bununla xilas olunacaqlar. Bu, belə deyil. Onlar, sadəcə, digər böyük qardaşı qazanacaqlar. Bu böyük qardaş əvvəlki qardaşdan yaxşı olacaq? Səmimi olaraq deyək ki, bu, belə deyil. O uzaqdadır, bölgəyə o qədər də bağlı olan qardaş deyil və özünün siyasi, bəlkə də şəxsi ambisiyalarının, ideyalarının dalınca gedir. Ən azı Ermənistan öz tərəfindən iradəsini bildirməlidir. Bu, sülh üçün ilk şərtdir”, - dövlət başçısı əlavə edib.
Oxşar
Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanışlıq olub
Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub
Zaxarova: “Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”
Azərbaycan Prezidenti: "Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər"
Sahibə Qafarova Türkiyənin hakim partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi tələb edib
Yaponiya səfirliyi Yardımlıda ailə sağlamlıq mərkəzinin tikintisi layihəsinə qrant ayıracaq
Prezident Administrasiyasının rəhbəri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb