Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanma müddəti yanvarın 15-dək uzadılıb
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanma müddəti yanvarın 15-dək uzadılıb
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması üzrə fermerlər üçün nəzərdə tutulan müddət uzadılıb.
Aqrar Sığorta Fondu elan edir ki, əkin sahələrinin sığortası ilə bağlı müraciətlərin emalı müddəti 15 yanvar 2024-cü il tarixinədək davam edəcək.
Əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlərinin göndərilməsi təmin ediləcək və onlar öz əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər.
Fond bildirir ki, 2024-cü il 15 yanvar tarixinədək göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası»nda dəyişiklik edilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli Fərmanına əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları aqrar sığorta olunmaqla verilir.
Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə əkin subsidiyaları aqrar sığorta olunmaqla ödənilir.
Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Aqrar Sığorta Fondunun göstərdiyi xidmət və sığorta məhsulları, eləcə də sığorta tarifləri barədə ətraflı məlumatı Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindən və sosial media hesablarından əldə etmək mümkündür.
Oxşar
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanma müddəti yanvarın 15-dək uzadılıb
Azərbaycanda kirayə mənzillərin siyahısına daha 232 mənzil əlavə olunub
ARDNF vəsaitlərinin gəlirliliyini artıracaq
ARDNF gələn il 15 milyon manatdan çox maaş ödəyəcək
Azərbaycanda hava ilə daşınan yükün itirilmiş sayılması üçün müddətin azaldılması təklif olunur
Azərbaycan Türkiyənin turizm bölgələrinə şərab ixrac etmək istəyir
Anar Quliyev COP28 konfransı çərçivəsində keçirilən Nazirlər Toplantısında iştirak edib