Blinken çinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ABŞ dövlət katibi Antoni Blinken Çinin xarici işlər naziri Vanq Yi ilə danışıqlar aparıb.
Bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Tərəflər Yaxın Şərqdəki vəziyyətin nizamlanması üçün diplomatik səyləri müzakirə ediblər: “Blinken bu gün Vanq Yi ilə danışıqlar aparıb. ABŞ dövlət katibi Yaxın Şərqə son səfərini, eləcə də ABŞ-ın regiondakı diplomatik səylərini müzakirə edib. Dövlət katibi münaqişənin yayılmasının qarşısının alınması üçün səylərin zəruriliyini təsdiqləyib”.
Blinken husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə son hücumlarının dəniz təhlükəsizliyi və bütün ölkələrin riayət etməli olduğu beynəlxalq hüquq üçün bir təhlükə olduğunu vurğulayıb.
Qeyd edək ki, bu yaxınlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin “Carney” esminesi və Qırmızı dənizdəki bir neçə ticarət gəmisi Yəməndən atılan raket və pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. ABŞ HHQ-nin gəmisi ticarət gəmisinin qəza çağırışına cavab verib.
Oxşar
Diplomat: “Gürcüstanda hakimiyyət dəyişikliyi Cənubi Qafqazdakı siyasətə təsir etməyəcək”
USAID-in Qafqaz ofisinin fəaliyyəti qadağan edilib
Qırğızıstanda 700 milyon dollara başa gələcək Avrasiya kompleksi tikiləcək
BMT-nin Qəzzada ölən əməkdaşlarının sayı 133-ə çatıb
Rusiyada prezident seçkilərində səsvermə üç gün davam edəcək
BMT Azərbaycana minatəmizləmə sahəsində dəstəyini əsirgəməyəcəyini bildirib
Blinken çinli həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib