Telefon
WhatsApp
Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan 5-i xəstəxanadadır

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov bu günədək Türkiyəyə müalicə üçün 185 müharibə iştirakçısının göndərildiyini, onlardan 5-nin müalicəsinin davam etdiyini bildirib.

"Report" xəbər verir ki, o, bu barədə fondun üç illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.

"Yaşat Fondu ümumilikdə 185 şəxsi müalicə məqsədilə Türkiyəyə göndərib, onlardan 178-si ağır yaralı, 7-si isə şəhid ailəsi üzvüdür. Hazırda Türkiyədə 5 ağır yaralının müalicəsi davam edir", - E.Hüseynov bildirib.

Fond rəhbəri vurğulayıb ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 16 406, itkin ailə üzvlərinin 6 və yaralıların 11 030 müraciəti olmaqla ümumilikdə 27 442 müraciət təmin edilib: "Eyni zamanda təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri istiqaməti üzrə şəhid ailə üzvlərinin 532 və yaralıların 171 müraciəti olmaqla ümumilikdə 703 müraciət təmin edilib. Bu istiqamət üzrə fond tərəfindən xərclənən vəsait 2 424 635.03 AZN təşkil edir. Təhsil haqqının qarşılanması üzrə 588 müraciət fond tərəfindən, 115 müraciət isə fondun təşəbbüsü ilə təhsil müəssisələri tərəfindən qarşılanıb".

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh göndər

Zəhmət olmasa bütün sahələri doldurun!