Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsinə dair layihə ilk oxunuşdan keçib
Məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsinə dair layihə ilk oxunuşdan keçib.
"Report"un xəbərinə görə, bununla bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna dəyişiklik layihəsi parlamentin dekabrın 8-də keçirilən iclasında I oxunuşda müzakirə edilib.
Qanunun 11-ci maddəsinin on beşinci hissəsinə təklif olunan dəyişiklik məhkəmə ekspertizası idarələrinin ekspertlərinə hərbi rütbənin verilməsini, 39-cu maddənin ikinci hissəsinə təklif olunan dəyişiklik hərbi rütbəyə görə pul əlavəsinin ödənilməsini müəyyən edir.
Məhkəmə-psixiatriya ekspertizası müstəqil ekspertiza olduğu üçün qanunun 23- cü maddəsinin ikinci hissəsinə texniki xarakterli dəyişikliyin edilməsi təklif olunur. Bütövlükdə, təklif olunan dəyişikliklərin məqsədi məhkəmə ekspertizalarının hərbi xidmət nəzərdə tutulmuş müvafiq dövlət orqanında keçirilməsi üçün hüquqi əsaslanın qanunda təsbit edilməsi və məhkəmə ekspertizaları təsnifatının daha dəqiq müəyyən edilməsidir.
Hazırda məhkəmə ekspertlərinin fəaliyyətinin təşkili üzrə səlahiyyətlər aşağıdakı müvafiq icra hakimiyyəti orqanlarına məxsusdur:
- məhkəmə-tibb (məhkəmə-psixiatriya) ekspertizası sahəsində Səhiyyə Nazirliyi;
- məhkəmə ekspertizasının digər sahələrində Ədliyyə Nazirliyi;
- ilkin və əlavə məhkəmə-daktiloskopik, məhkəmə tibbi-genetik, məhkəmə partlayış-texniki və məhkəmə-ballistik ekspertizaları sahəsində Daxili İşlər Nazirliyi.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Oxşar
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər - YENİLƏNİB
İlham Əliyev prezident seçkilərinin qalibidir!
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib
Prezident İlham Əliyev “2024 - Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar paylaşım edib
Regional təhsil idarələrində müdir təyinatları olub
"İlham Əliyev növbəti dəfə hər bir azərbaycanlının Prezidenti olduğunu sübut etdi" - RƏY
Aİ Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımları alqışlayır