Telefon
WhatsApp
Prezident İlham Əliyev Azərbaycanla Ermənistanın birgə bəyanatını qarşılıqlı siyasi iradənin nümayişi adlandırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanatı qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişi adlandırıb.

"Report"un xəbərinə görə, bu barədə dövlət başçısı dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib.

Prezident vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh göndər

Zəhmət olmasa bütün sahələri doldurun!