TƏBİB: “Qızılcaya yoluxanları evdə, öz bildikləri kimi müalicə etmək düzgün deyil”
Qızılcaya yoluxan xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə edilmələri düzgün hesab edilmir.
“Report” xəbər verir ki, bunu Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəstəyə ixtisaslı həkimlərin baxmasına ehtiyac var:
“Bu xəstələrin evdə və ya özlərinin bildikləri kimi müalicə etmələri düzgün hesab edilmir. Tibb müəssisələrimiz də buna hazırdır. İstənilən sayda ambulator şəraitdə xəstə də qəbul edə bilirik”.
TƏBİB sədri həmçinin qızılca ilə bağlı valideynlərə çağırış edib:
“Valideynlər və vətəndaşlar övladlarında qızılca ilə bağlı hansısa simptomun olduğu görəndə tibb müəssisələrimizə müraciət etsinlər”.
Oxşar
Türk dövlətlərinin universitetləri ilə tanınma problemini həll edəcək vahid qurum yaradılacaq
Oğuz, Zaqatala və Göyçayda vətəndaşlar odlu silahları könüllü təhvil veriblər
İlham Əliyev Türkiyədəki güclü zəlzələnin ildönümü ilə bağlı Ərdoğana başsağlığı verib
Audiovizual Şura iki radio ilə bağlı qərar qəbul edib
Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb
Vətən müharibəsi əlillərinə növbəti avtomobillər təqdim olunub
Bu günədək Türkiyəyə 185 qazi müalicəyə göndərilib, onlardan 5-i xəstəxanadadır
TƏBİB: “Qızılcaya yoluxanları evdə, öz bildikləri kimi müalicə etmək düzgün deyil”