Yaponiya səfirliyi Yardımlıda ailə sağlamlıq mərkəzinin tikintisi layihəsinə qrant ayıracaq
Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi və “Yardımlı rayonunda ailə sağlamlıq mərkəzinin tikintisi” layihəsinin benefisiar təşkilat qismində çıxış edən Yardımlı Rayon Mərkəzi Xəstəxanası arasında qrant müqaviləsi imzalanıb.
Yaponiya səfirliyindən verilən məlumata görə, Yardımlı Rayon Mərkəzi Xəstəxanasının rəhbəri Rasim Əkbərov və TƏBİB-in nümayəndələri həmin mərasimdə iştirak ediblər.
Bu layihədə Yardımlı rayonunun Çanaxbulaq kəndində ailə sağlamlıq mərkəzinin tikintisi planlaşdırılır (sahə: 242 m2, 2 ailə həkim otağı, 1 prosedur otağı, 1 hamilə nəzarəti və reproduktiv sağlamlıq otağı, 1 çoxtəyinatlı teletibb otağı, 1 labaratoriya, 1 pediatr otağı, 1 peyvənd və uşaq gözləmə otağı, 1 diş həkimi otağı, 1 mətbəx və istirahət otağı, 1 qarderob, 1 təsərrüfat otağı, 2 sanitar qovşağı).
Layihənin icrası nəticəsində indiyədək ucqar ərazilərdən rayon mərkəzi xəstəxanalarına getmək məcburiyyətində olan pasientlər (orta və ağır dərəcəli pasiyentlər istisna olmaqla) yeni tikiləcək ASM-də lazımi tibbi yardımı ala biləcəklər. Beləliklə, hədəf bölgəsi olan 15 kəndin əhalisinin tibbi xidmətə əlçatanlığının daha da yaxşılaşdırılmasının təmin edilməsi gözlənilir. Bu layihənin inşası üçün Yaponiya höküməti 90,000 ABŞ dolları (təqribən 152,100 AZN) məbləğində qrant ayırıb.
Oxşar
Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanışlıq olub
Prezident İlham Əliyev Sankt-Peterburqda “Yekaterina sarayı” ilə tanış olub
Zaxarova: “Azərbaycan hər zaman sülh danışıqlarına hazır olduğunu təsdiqləyib”
Azərbaycan Prezidenti: "Ermənistan yaxşı qonşu olarsa, öz suverenliyini qoruyub saxlaya bilər"
Sahibə Qafarova Türkiyənin hakim partiyasının sədr müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Qərbi Azərbaycan İcması ABŞ-dən Azərbaycana qarşı qərəzli siyasətindən əl çəkməyi tələb edib
Yaponiya səfirliyi Yardımlıda ailə sağlamlıq mərkəzinin tikintisi layihəsinə qrant ayıracaq
Prezident Administrasiyasının rəhbəri Böyük Britaniyanın dövlət naziri ilə görüşüb